Oskar Piastri “Maklaren” komandası ilə yeni çoxillik müqavilə imzalayıb. Anlaşma 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Onun bundan əvvəlki sözləşməsi 2024-cü ilin sonuna qədər idi.

Pilotun debüt mövsümündə göstərdiyi performans komandada çox yaxşı təəssürat yaradıb. Məhz bundan sonra “Maklaren” rəhbərliyi perspektivli sürücünü daha uzun müddət saxlamağa qərar verib.

Xatırladaq ki, komanda yoldaşı Lando Norrisin hazırkı müqaviləsi 2025-ci ilin sonuna qədərdir. Avstraliyalı sürücü bu mövsüm 42 xal toplayıb və ümumi sıralamada 11-ci yerdədir.

Shares: