“Turan Tovuz”un qapıçısı Aydın Bayramov komandanın evdə qələbə qazana bilməməsindən narahat deyil. Qolkiper bunu az oyun keçirmələri ilə izah edir.
Aydın futbolinfo.az saytına açıqlamasında deyib: “Müəyyən səbəblərə görə 6 oyundan cəmi ikisini evdə oynamışıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik. Hər ev matçına ikiqat motivasiya ilə çıxırıq. Bəlkə bu da öz təsirini göstərir. Növbəti qarşılaşmalarda bunu aradan qaldırmağa çalışacağıq”.
Bayramov keçmiş klubu “Sumqayıt”a qarşı növbəti tur matçında uğura ümidlidir: “Hər oyuna hazıram. Bütün matçlara necə hazıraşmışıqsa, buna da elə hazırlaşacağıq. Futbolda hər şey mümkündür. Nəzərə alsaq ki, çempionat sürprizlərlə doludur, istənilən nəticəni gözləmək olar. Çalışacağıq ki, maksimum güclə yaxşı nəticə əldə edək”.