Gürcüstan yığmasının sabiq müdafiəçisi Valeri Abramidze Azərbaycandakı günlərini xatırlayıb. Sabiq futbolçu futbolinfo.az-a açıqlamasında ən güclü oyunçuların adını sadalayıb.

Ötən il məşqçi kimi də özünü sınayan gürcü oyunçu yerlilərdən 4 nəfəri fərqləndirib: “Rəşad Sadıqov, Qurban Qurbanov və Mahmud Qurbanovu qeyd edə bilərəm. Hər üçü yüksək səviyyəli futbolçular idi. Hə, bir də Zaur Tağızanın adını mütləq çəkməliyəm. Onu unutmaq olmaz. Zaur birgə oynadığım azərbaycanlı futbolçular arasında ən yaxşılardan idi”.

Abramidze legionerlərdən yalnız həmyerlisinin adını vurğulayıb: “Georgi Adamiya, Branimir Subaşiç, Aleksandr Çertoqanovun adını çəkə bilərəm. Daha bir neçə səviyyəli legionerlə bir yerdə oynamışam. Sadəcə, indi hamısını xatırlaya bilmirəm, məndən inciməsinlər. Onu deyim ki, həmin dönəmdə Azərbaycana çoxlu yüksək səviyyəli legioner gəlmişdi. Mənim üçün ən çətin hücumçudan danışırıqsa, əminliklə bir nəfərin adını çəkərdim. Digər hücumçularla müqayisədə Adamiyaya qarşı oynamaq daha çətin idi”.

Shares: