Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə start verəcək.

Futbolinfo.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu öz meydanında “Molde” ilə qarşılaşacaq.

Hər iki komanda avrokuboklarda mübarizəyə Çempionlar Liqasından başlayıb. “Qarabağ” 2-ci təsnifat mərhələsində “Rakuv”a, Norveç çempionu isə “Qalatasaray”a məğlub olub.

Bu gün baş tuacaq qrupun digər matçında “Bayer” (Almaniya) “Hakken”i (İsveç) qəbul edəcək.

Avropa Liqası
H qrupu
21 sentyabr

20:45. “Qarabağ” – “Molde”
Baş hakim: Con Bitona (Şotlandiya).
Tofiq Bəhramov adına Respublika stadionu.

Shares: