Çempionlar Liqasının ilk turunda daha bir ilk yaşandı. Dünən Portuqaliyada keçirilən matçda gənclər “qocalar”ı məğlub etməklə rekordlarının əhəmiyətini artırdılar.

Futbolinfo.az xəbər verir ki, “Benfika” – “Zalsburq” oyununda qalib gələn qonaqlar yarışın tarixində ən gənc heyətlə meydana çıxmışdı. Belə ki, avstriyalıların orta yaş həddi 21 il 183 gün idi. ÇL tarixində indiyədək daha gənc heyət oynamayıb.

“Zalsburq”un bir oyunçusu 27, digəri 24 yaşdadır. Qalan futbolçular isə 19-22 yaş aralığında forma geyir. Və bu heyət Lissabon klubuna 2:0 hesabı ilə qalib gəldi.

Shares: