“Mançester Yunayted”in mövsümə uğursuz başlamasının bir səbəbi də fərdi oyunçu səhvləridir. Dünən belə bir səhvdən sonra “Bayern” hesabı açdı və məğlubiyyətin əsası qoyuldu.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk turu çərçivəsində Münhendə keçirilən oyunda Andre Onana uzaqdan vurulan zərbəni dəf edə bilməyincə meydan sahiblər önə keçdi və sonda üstünlüyü əldən verməyərək 4:3 hesabı ilə qalib gəldi.

Matçdan sonra açıqlama verən kamerunlu qapıçı bütün məsuliyyət üzərinə götürüb: “Bu, mənim günahımdır, mənim üzümdən qalib gələ bilmədik və bundan dərs almağım gərəkdir. İsbat etməli olduğum çox şey var. Dürüst olmalıyıq, “Mançester Yunayted karyeram yaxşı başlamayıb. Komandanı mən məyus etdim”.

İngiltərə klubuna yayda “İnter”dən keçən qapıçı toparlanmaq lazım olduğunu bildirib: “Bu gün ən pis mtçlarımdan birni keçirdim. Təzyiqdən qurtulmağım çox çətin olacaq, birlikdə olmalıyıq”.

Shares: