Xavyer Serrano qəribə vəziyyətlə üzləşib. “Şturm”un futbolçusu bu gün Avropa Liqasında ilk matçı kuryoz səbəbdən buraxacaq.

Futbolinfo.az xəbər verir ki, avstriyalıların Madrid “Atletiko”sundan bir illik icarəyə götürdüyü 20 yaşlı yarımmüdafiəçiyə arı mane olacaq. Oyunçu dünən səhər məşqi zamanı arı udub. Məşq edən zaman gözlənilmədən futbolçunun ağzına girən arı hətta onun xəstəxanaya götürülməsinə səbəb olub.

Düzdür, futbolçunun allergiya ilə bağlı problemi yoxdur, lakin bu hadisə nəfəs yollarınd problem yaradıb. Arı sancması nəticəsində futbolçunun Portuqaliya “Sportinq”inə qarşı oynamayacağı dəqiqdir.

Shares: