“İnter Mayami”nin üzvü Lionel Messi MLS-də keçirdiyi növbəti matçı başa vura bilməyib. “Toronto” ilə oyunun ilk hissəsində həm o, həm də Jordi Alba əvəzlənib.

Futbolinfo.az xəbər verir ki, özünü rahatsız hiss edən argentinalı əvəzlənməsini tələb edib və 37-ci dəqiqədə meydandan çıxıb. Ondan iki dəqiqə öncə isə Alba zədə üzündən əvəzlənib. Baş məşqçi Xerardo Martino futbolçuların sağlamlığı ilə riskə getməyib və matç 0:0 ikən dəyişikliklər edib.

Təcrübəli oyunçuların yoxluğu “İnter Mayami”yə mane olmayıb. Komanda 4:0 hesabı ilə qalib gəlməyi bacarıb. Oyunun qəhrəmanı dubl edən Robert Teylor olub.

Messinin ardıcıl oyunlar üzündən yaranmış yorğunluqdan əziyyət çəkdiyi deyilir. Əzələ ağrıları onun meydanda qalmasına mane olub. Martino futbolçunun növbəti turu da buraxacağını deyib.

Shares: