Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Mançester Yunayted”lə matç “Bayern”in yarımmüdafiəçisi Tomas Müller üçün əlmətdar olub. Münhen təmsilçisi görüşdə 4:3 hesabı ilə qalib gəlib və 34 yaşlı hücumçu komanda ilə ÇL-də 100-cü qələbəsini qazanıb.

Futbolinfo.az xəbər verir ki, o, tarixdə bu nailiyyəti əldə edən üçüncü futbolçu olub. Bundan əvvəl Kriştianu Ronaldo (115) və İker Kasilyas (101) Çempionlar Liqasında 100 qələbə qazanmışdılar.

Xatırladaq ki, Müller 2009-cu ildən Almaniya klubunda çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 5 matçda meydana çıxıb.

Shares: