David de Xeanın klubsuz günləri bitə bilər. Bu yay “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent olan ispan qolkiperə vətənindən iki müştəri var.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubu ilə yeni müqavlə məsələsində ortaq məxrəcə gələ bilməyən de Xea ərəb klublarının da təkliflərinə müsbət cavab verməmişdi. İndi isə “Valensiya” və “Betis” təcrübəli qolkiperə maraq göstərir.

Xüsusilə “Betis”in israrla istədiyi qolkiperlə bağlı əsas problem maaş məsələsindədir. Güzəştə getmək istəməyən David 3 illik müqavilə və “Mançester Yunayted”də qazandığı qədər məvacib istəyir. Lakin yaş amilini nəzərə alan müştərilər riskli anlaşmaya isti yanaşmır.

Shares: