Martin Odeqaard 4:0 hesablı qələbəyə rəğmən, komandasının oyunundan tam razı deyil. “Arsenal”ın kapitanı PSV ilə matçı daha yaxşı keçirə biləcəklərini düşünürmüş.

Futbolinfo.az xəbər verir ki, norveçli yarımmüdafiəçi Çempionlar Liqasının ilk qrup oyununda PSV-yə çox şans verdiklərini hesab edir: “Daha yaxşı edə biləcəyimiz çox şey var. Məncə, rəqibin top olmadan çox qaçmasına icazə verdik. Xüsusilə ilk yarıda daha yaxşı oynaya bilərdik. Bacarıqlarımızı daha da yaxşılaşdırmalı, çatışmayan cəhətlərimizi düzəltməliyik”.

Martin cəmi bir qol vurduqları ikinci hissədən daha çox razı qalıb: “Fasilədən sonra anlaşmamız daha yaxşı idi, həqiqətən yaxşı futbol oynadıq. Bütün qollarımız gözəl idi. Lakin indi hər şeyi unutmalıyıq. Həftəsonu bizi daha gərgin matç gözləyir”.

Shares: