Formula 1 üzrə Yaponiya qran-prisindən əvvəl ənənəvi olaraq mətbuat konfransı baş tutub. Komandaların sürücüləri jurnalistlərin suallarını cavablandırıblar.

Yeddiqat dünya çempionu Lüis Həmiltonun fikrincə, Sinqapurdakı uğursuzluqdan sonra “Red Bull” bu həftəsonu yenidən qalib gələcək: “Red Bull” keçən həftə Sinqapurda çətin günlər yaşadı, amma bu trass fərqlidir. Burada finiş xəttində hamını 30 saniyə qabaqlamasalar, təəccüblənəcəyəm. Onların maşını burada sürətli olmalıdır.

Bütün mövsüm boyu mükəmməl çıxış ediblər, demək olar ki, bütün traslarda sürətli idilər. Adətən Suzukaya gələndə onların avtomobilini izləmək çox xoş olur. Ümid edirəm ki, biz də normal çıxış edəcəyik.

Bu həftəsonu keçəndəfəki kimi rəqabətli olacağımızı gözləmirəm, lakin maşının sürətindən maksimal şəkildə yararlanmaq üçün hər əlimizdən gələni edəcəyik”.

Shares: