Amerikalı şahmatçı Hikaru Nakamura “Speed Chess Championship 2023” onlayn sürətli şahmat turnirinin finalına yüksəlib. O, yarımfinalda fransalı Maksim Vaşye-Laqravı 16,5:11,5 hesabı ilə məğlub edib.

Nakamuranın finaldakı rəqibi FIDE reytinqində birinci yerdə qərarlaşan norveçli Maqnus Karlsen olacaq. Keçmiş dünya çempionu digər yarımfinalda amerikalı Vesli Soya qalib gəlib (22:7).

Turnirin finalı sentyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Nakamura ardıcıl yeddinci dəfədir ki, finalda çıxış edəcək.

Xatırladaq ki, turnir sentyabrın 4-dən 22-dək chess.com platformasında onlayn keçirilir. Yarış iştirakçılarının orta reytinqi 2760,25-ə bərabərdir. Turnirin ümumi mükafat fondu 150 min dollardır.

Shares: