FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, iyul ayında açıqlanmış reytinq cədvəli ilə müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb.

Millimiz 1147 xalla 121-ci pillədə qərarlaşıb.

Bir pillə geriləyən Türkiyə yığması 42-ci yerdədir. “Ay-ulduzlular”ın hesabında 1475 xal var.

Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1851 xalla liderliyini davam etdirib. Qətərdə təşkil olunan mundialın finalçısı Fransa (1840) ikinci, Braziliya (1837) isə üçüncü sırada qərarlaşıb.

Millimizin AÇ-2024-ün seçmə mərhələsinin F qrupundakı rəqiblərinin reytinqdəki mövqeləri isə belədir:

  1. Belçika – 1792
  2. İsveç – 1538
  3. Avstriya – 1537
  4. Estoniya – 1172
Shares: