Avroliqa rəhbərliyi yeni mövsümdə baş məşqçilərin mübahisəli epizoda baxma imkanını artırıb. Yeni ildən etibarən onlar iki dəfə “çelenc” tələb edə bilərlər.

Bunu həmkarları ilə birlikdə Avroliqanın mənzil-qərargahına gələn “Jalgiris”in baş məşqçisi Kazis Maksvitis bildirib.

“Ümumi reqlamentdə heç bir ciddi dəyişiklik yoxdur. Yeganə yenilk bundan sonra iki dəfə mübahisəli epizoda təkrar baxdırtmaq hüququ qazanmağımızdır. Oyunun intensivliyi və sürətini artırmaq üçün addımlar atılacaq. Hakimlər oyunun intensivliyini pozamamaq üçün qərarlarını daha tez verəcəklər”, – deyə Maksvitis qeyd edib.

Shares: