“Bayern” öz rekordunu yeniləməyə davam edir. Münhenlilər dünən start qələbələrinin sayını 20-yə çatdırmağı bacardı.

Futbolinfo.az xəbər verir ki, Çempionlar Liqasının ilk turunda “Mançester Yunayted”i 4:3 hesabı ilə məğlub edən meydan sahiblərinin unikal göstəricisi var. “Bayern” ardıcıl 20 mövsümdür ki, ÇL-ə qələbə ilə start verir.

Bu statistikada Almaniya çempionuna yaxın duran da yoxdur. Bu baxımdan ən yaxşı göstəriciyə malik klublar ən yaxşı halda ardıcıl 12 mövsümə qələbə ilə başlaya bilib.

“Bayern”in başqa bir seriyası qrupda uduzmaması ilə bağlıdır. Münhenlilər qrup mərhələsindəki son 35 qarşılaşmada meydandan xalla ayrılıb – 32 qələbə, 3 heç-heçə.

Shares: