“Barselona”nın müdafiəçisi Erik Qarsiya “Jirona”ya keçidindən danışıb. Bu klubda icarədə oynayan futbolçu meydanda daha çox olmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, doğma klubunda ehtiyatda qalacağını bilən Erik indiki durumundan məmnundur: “Bunun səbəblərindən biri meydanda daha çox olmaqdır. Ötən mövsüm çətin keçdi, bu üzdən daim oynaya biləcəyim yerə getdim. “Jirona”nın bu baxımdan yaxşı seçim olduğunu düşünürəm. “Barselona”dan ayrılmaq çətin idi, amma məcbur oldum. Bu, mənim 3-cü mövsümümdür. Hər kəs önünə baxmalıdır, mən də həm oynamaq, həm də əylənmək istəyirəm. Qərarımı bunları nəzərə alaraq verdim”.
22 yaşlı müdafiəçinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək. O, “Jirona”da oyun praktikası qazanıb doğma klubuna qayıtmaq və əsas heyət üzvünə çevrilmək istəyir.