Luka Yoviç yayda aldığı bir neçə təklifdən imtina edib. O, “Milan”ı arzulayırmış və ilkin danışıqların yekunda transferlə yekunlaşacağını hiss edibmiş.
Futbolinfo.az xəbər verir ki, serb hücumçu bu barədə müsahibəsində deyib: “Milan”la ilk təmaslarım yayın əvvəlində olmuşdu. Amma sonradan hər şey sakitləşdi. “Milan”a getmək istəyirdim, bu üzdən fözləmək qərarına gəldim. Haqlı idim, gözləməyə dəyərmiş. Risk edib hətta bir neçə təklifdən imtina etdim”.
Müqavilə ilə “Fiorentina”ya məxsus olan 25 yaşlı hücumçu bir il icarədə olacaq. “Milan” özünü doğruldacağı təqdirdə gələn yay onu heyətinə birdəfəlik qata bilər.