I Liqada 2-ci tura yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 3 baş tutub.

“Difai Ağsu” – “Zaqatala” oyunu qolsuz bitib. “Şamaxı” “Araz Saatlı”nı 8 cavabsız qolla yenib. “Mingəçevir” isə “Qaradağ Lökbatan”a məğlub olub.

Hazırda MOİK 6 xalla vahid liderdir. “Şamaxı”, “Qaradağ Lökbatan”, “İrəvan” və “Karvan” 4 xal toplayıblar.

I Liqa
2-ci tur

21 sentyabr

“Şamaxı” – “Araz Saatlı” 8:0
Qollar: Cəlal Cəbrayılov, 17; 21; 34. Elşad Tağıyev, 27-pen. Emin Zamanov, 37-pen. Samir Məhərrəmli, 52. Elçin Qasımov, 60. Salman Ələsgərov, 89.
Şamaxı şəhər stadionu, 15:00.

“Mingəçevir” – “Qaradağ Lökbatan” 0:2
Qollar: Seyxan Fərəcov, 64. Ürfan İsmayılov, 90+4.
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 15:00.

“Difai Ağsu” – “Zaqatala” 0:0
Hakimlər: Emin Əliyev, Səbuhi Soltanov, Ruslan Quliyev, Səbuhi Bayramov.
Ağsu şəhər stadionu, 15:30.

Turun digər oyunları:

“İrəvan” – “Karvan” 0:0
MOİK – “İmişli” 1:0

Shares: