“Azərbaycan və Moldova futbolu bənzərdir”.
Futbolinfo.az xəbər verir ki, bunu “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlaması zamanı deyib.
Hazırda Moldovanın “Şerif” klubuna rəhbərlik edən 58 yaşlı mütəxəssis hər iki ölkə futbolunun inkişafda olduğunu bildirib:
“Azərbaycanda olduğu kimi, Moldovada da ən müasir infrastruktura malik və inkişaf edən futbol gördüm. Xüsusən də Moldova yığmasında maraqlı oyunlarımız oldu. Danimarka, Şotlandiya, İsrail kimi yığmalarla qarşılaşdıq. Hətta məğlubiyyətlər müəyyən dərəcədə bizi inkişaf etdirdi”.
Bordin 2018-2020-ci illərdə “Neftçi”nin baş məşqçisi olub.