Gənclər və idman naziri Fərid Qayıbov Serbiyanın paytaxtı Belqrada səfər edib.

Futbolinfo.az xəbər verir ki, nazir səfər çərçivəsində serbiyalı həmkarı Zoran Qayiç, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç və Serbiya Gimnastika Federasiyasının rəhbərliyi ilə görüşlər keçirib.

Fərid Qayıbov həmçinin Belqradda davam edən güləş üzrə dünya çempionatında Azərbaycan güləşçilərinin görüşlərini izləyib və 97 kq çəki dərəcəsində fəxri kürsüyə qalxan milli üzvü Maqomedxan Maqomedova gümüş medalı təqdim edib.

Shares: