“Təəssüf ki, rəqib həm müdafiədə, həm də hücumda bizdən daha üstün idi. “Qarabağ” çox yaxşı komandadır. Rəqibi tuta və topla yaxşı oynaya bilmirdik”. Bu sözləri “Molde”nin hücumçusu Veton Berişa Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a uduzduqları oyun (0:1) haqda danışarkən deyib.

O, “Qarabağ”ın onları hərtərəfli üstələdiyini etiraf edib.

Norveç klubunun müdafiəçisi Martin Byornbak isə oyunda heç nə ilə yadda qalmadıqlarını bildirib: “Bütün oyun boyu mübarizə apardıq. Qəribə top itkilərinə yol verirdik. Cəmi 1 top fərqi ilə uduzmağımıza baxmayaraq, bu, yaxşı hiss deyil. Hiss olunurdu ki, rəqibin daha çox imkanları var. Biz uğura yaxın da deyildik”.

Shares: