Bu gün Azərbaycanın daha üç yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən lisenziya xarakterli dünya çempionatında mübarizəyə başlayacaq.

Futbolinfo.az xəbər verir ki, 60 kq-da Nihat Məmmədli, 72 kq-da Ülvü Qənizadə, 97 kq-da Arif Niftullayev xalça üzərinə çıxacaqlar.

60 kq
1/16 final
Nihat Məmmədli – Kevin De Armas (Kuba)

72 kq
1/8 final
Ülvü Qənizadə – Ankit Gulia (UWW)/Hovard Yorqensen (Norveç)

97 kq
1/16 final
Arif Niftullayev – Mindauqas Venkaytis (Litva)

Bu gün həmçinin üç yunan-Roma güləşçisi qızıl medal qazana bilər. Eldəniz Əzizli (55 kq) finalda Gürcüstan idmançısı Nuqzari Tsurtsumia, Rafiq Hüseynov (82 kq) İrandan olan Əlirza Mohmadipiani, Sənan Süleymanov (77 kq) isə qırğızıstanlı Akjol Mahmudov ilə üz-üzə gələcək.

Shares: