“Bayern”in keçmiş çalışdırıcısı Yulian Naqelsman Almaniya millisinin baş məşqçisi təyin olunub.

Futbolinfo.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı mütəxəssislə 2024-cü il iyul ayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.

O, sentyabrın 10-da vəzifəsini tərk edən Hans-Diter Fliki əvəz edib.

Naqelsmann 2021-ci ilin yayından “Bayern”ə rəhbərlik edirdi. Onu Münhen klubunda Tomas Tuxel əvəzləyib.

Yeri gəlmişkən, 36 yaşlı mütəxəssis millinin baş məşqçisi təyin olunduğu üçün qürur duyduğunu bildirib:

“Ölkəmiz Avropa çempionatına ev sahibliyi edəcək. Bu, xüsusi bir şeydir, bir neçə onilliklər ərzində baş verən bir şey. Böyük ölkədə möhtəşəm turnir keçirməliyik. Bu vəzifədə çalışacağım üçün qürur duyuram. Mən bu çətinliyin öhdəsindən gələcəyimə inanıram. Qarşıdan gələn ildə biz vahid komanda olacağıq”.

Shares: