UEFA Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi bəlli olub.

Futbolinfo.az xəbər verir ki, həftənin ən yaxşı qolunun müəllifi Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda “Kopenhagen”ə qol vuran “Qalatasaray”ın yarımmüdafiəçisi Tete olub.

“Qalatasaray” – “Kopenhagen” matçı 2:2 hesabı ilə başa çatıb.

Mükafata namizədlər arasında “Barselona”nın hücumçusu Joao Feliks, “Lans”ın yarımmüdafiəçisi Anjelo Fulqini və “Latsio”nun qapıçısı İvan Provedelin qolları da var.

Shares: