Tomas Tuhel Matias de Liqtin durumunun fərqindədir. “Bayern”in baş məşqçisi ehtiyatda qalmasından narazı olan niderlandlı barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, alman mütəxəssis de Liqtin oynamaq haqqı olacağını bildirib: “Ehtiyatda qalmaq heç kimin xoşuna gəlmir. Amma Matiasın forma geymək şansı olacaq. O, start heyətdə çıxış etməyi 100 faiz haqq edir”.

Tuhel mərkəz müdafiəçisinin durumundan məmnundur: “O, oynamağa hazırdır, formadadır. Əlbəttə, indiyədək az oynaması onu narazı sala bilər, amma Matias komanda oyunçusudur, şans veriləndə mümkün olan hər şeyi edəcək”.

Almaniya mətbuatına inansaq, ehtiyatda qalmasından narazı olan niderlandlı klubu tərk etmək istəyir.

Shares: