“Atletiko”nun sabiq müdafiəçisi Dieqo Qodin Joao Feliks haqda danışıb. Madrid klubunda qalmaq istəməyən, qışda “Çelsi”yə, indi isə “Barselona”ya icarəyə gedən portuqaliyalının davranışları ona da xoş gəlmir.
Futbolinfo.az xəbər verir ki, uruqvaylı müdafiəçiyə kiminsə “Atletiko”nu bəyənnəməsi xoş gəlmir: “Joao Feliksə qarşı heç bir kinim yoxdu, amma etdiklərini anlamıram. Onu tanımıram. İki uğurlu oyuna görə “Barselona”da daha yaxşı olduğunu deyənlərlə razılaşmıram. Məncə, istedadlıdır, amma hələ parlaq ulduz deyil”.
Madrid klubunda uzun illər oynamış Qodin əlavə edir: “Atletiko”da paltardəyişmə otağının fərqli ab-havası var. Orada fərdlərə yox, komandaya üstünlük verilir. Mən orada olsaydım, Feliksin davranışları fərqli olardımı? Bilmirəm. Güman ki, onunla hər şeyi sınaqdan keçiriblər. Mümkün olsaydı, Koke və Qrizmann hər şeyi yoluna qoyardı. Biz qarışıq fikirli oyunçuları komanda üzvünə çevirə bilirdik. Yəqin Joaoyla alınmayıb. Komanda oyunu fərdi istəklərdən üstün olmalıdır”.