Qadın futbolçulardan ibarət komandalar arasında Millətlər Liqası çərçivəsində bu gün “Dalğa Arena”da keçirilmiş Azərbaycan – Kipr qarşılaşmasından sonra millimizin baş məqçisi Siyasət Əsgərov fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:
“İlk oyun həmişə çətin olur. Futbolçularda həyəcan var idi. Məqsədimiz qələbə qazanmaq idi. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Rəqib də bizim bir səhvimizdan maksimum istifadə edib qol vurdu. Oyundan razı qaldığımı deyə bilmərəm. Növbəti oyunu səfərdə Monteneqro yığmasına qarşı keçirəcəyik. Bu görüşü analiz edib buraxdığımız səhvləri aradan qaldırmağa çalışacağıq. Psixoloji cəhətdən də yaxşı hazırlaşmalıyıq. Monteneqro tam fərqli bir komandadır, keyfiyyətli oyunçuları var. Məqsədimiz səfərdən xalla qayıtmaqdır”.