“Neftçi”nin yeni idman direktoru Yens Andersson İsveç millisindən ayrılması ilə bağlı fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, yığmada da eyni vəzifəni tutan funksioner ayrılıq qərarı ilə bağlı bunları deyib:

“Millidən ayrılmaq asan deyildi. Lakin “Neftçi” böyük hədəfləri olan güclü komanda qurmaq istəyir və buna görə cəlbedici şərtlər təklif edir”.

Anderssen oktyabrın 18-nə qədər millidəki vəzifəsinə davam edəcək və daha sonra “Neftçi”dəki işinə başlayacaq.

Shares: