Sürətli şahmat üzrə “Speed Chess Championship” başa çatıb. Finalda Maqnus Karlsen Hikaru Nakamuraya qalib gəlib – 13,5:12,5.

İlk iki partiyanı norveçli qazanıb, daha sonra amerikalı üstünlüyü ələ alıb. Həlledici partiyada Nakamura topu qurban verərkən səhvə yol verib və bu da matçın taleyini həll edib.

Əlavə edək ki, turnirin mükafat fondu 150 min ABŞ dolları, orta reytinqi isə 27660-a bərabər idi.

Shares: