Türkiyənin 1-ci liqasında 6-cı turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadənin komandası “Tuzlaspor” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Boluspor”la qarşılaşıb və 1:2 hesablı məğlubiyyətə üzülüb.
Həsənalızadə bu oyunda 90 dəqiqə meydanda olub.
“Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.