Futbol üzrə Cənubi Koreya çempionatında 31-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv evdə “Suvon”la qarşılaşıb və 3:1 hesablı qələbəyə sevinib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.
“Daejeon” hazırda 41 xalla 8-ci pillədə qərarlaşıb.