Hazırda Yaponiya mərhələsinin getdiyinə baxmayaraq Formula 1-də komandalar Las-Veqasa hazırlaşır. Bu il ilk dəfə olaraq ABŞ-nin kazinolarla bol olan şəhərində mərhələ keçiriləcək.
Məlum olduğu kimi, komandaların məşqi simulyatorda olur. “Alfa Tauri” komandasının baş yarış mühəndisi Conatan Eddols sürücülərin simulyatordakı məşqindən sonra trasla bağlı fikirlərini bildirib.
“Bizi uzun düzlüklərin bol olduğu bir yarış gözləyir. Bu düzlüklərdən sonra sərt döngələr var. Trass eynilə Bakıdakı kimidir. Hər ikisi eyni tipdədir.
Əsas çətinlik hava ola bilər. Mərhələ zamanı havanın hərarəti 10 dərəcə olacaq. Bu tempraturu da biz yalnız qış testləri zamanı görə bilirik.
Uzun illərdir ki, Barselonadakı məşqlər belə havada olur. Bu səbəbdən də alışmağımız çətin olmayacaq. Ola bilsin ki, təkərin özünü aparması müəyyən qədər işimizə əngəl yaratsın”, – deyə Eddols qeyd edib.