Gələn ayın sonunda start götürəcək WTA-in yekun turnirinə 4 nəfər vəsiqəni təmin edib.
Turnirdə belaruslu Arina Sabalenka, polşalı İqa Şvyontek, amerikalı Kori Qauff və qazaxıstanlı Yelena Rıbakinanın iştirakı dəqiqləşib. Daha dörd tennisçi daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, WTA final turnirinin bu il keçirilmə yeri Meksikanın Kankun şəhəridir. Oktyabrın 29-da start veriləcək turnirə noyabrın 5-də yekun vurulacaq. Turnirdə həmin ana qədər reytinqdə ilk 8 yerdə qərarlaşan tennisçilər çıxış edir. Keçən il qalib fransız tennisçi Karolin Qarsiya olmuşdu.