“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Premyer Liqanın 7-ci turunun “Sumqayıt”la oyununu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Sumqayıtda oynamaq həmişə çətindir. İlk 15 dəqiqə rəqib basqılı oynadı. Sevinirəm ki, futbolçularım günü-gündən yüksək tempə uyğunlaşırlar, diqqətli oynayırlar. 15 dəqiqədən sonra oyunda bərabərlik yarada bildik. Yaxşı hücumlar və yaxşı epizodlarımız oldu. Təəssüf ki, ikinci oyundur 100 faizlik qol imkanlarından istifadə edə bilmədik. Bunun üzərində çox işləməliyik. Açıq oyun getdi. Bu tempi saxlamalıyıq. Yolumuza davam edəcəyik, uğura inanacağıq. Futbolçuların 3 oyundur yüksək templə oynamaları məni çox sevindirir. Çatışmazlıqlarımız var. Bunun üzərində çalışacağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Həqiqətən möhtəşəm idilər”.

Shares: