Gəncədə amputant futbol komandaları arasında yoldaşlıq görüşü təşkil edilib. Qarşılaşmada “Kəpəz”lə “Neftçi” kollektivləri üz-üzə gəlib.

Futbolinfo.az xəbər verir ki, görüş torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman vətən övladlarının xatirəsinə həsr olunub. Şəhər stadionunun süni örtüklü meydançasında baş tutan oyun həm də daxili çempionata və qarşıdakı turnirlərə hazırlıq çərçivəsində reallaşıb.

İlk yarıda qonaq komanda yaxşı təsir bağışlayıb. Rəqibin qapısından 3 top keçirən “ağ-qaralar” fasiləyə üstün yollanıblar. İkinci hissədə özünə gələn “Kəpəz” buraxdığı toplardan ikisinin əvəzini çıxsa da, yekunda bakılılar 4:2 hesabıyla qalib gəliblər.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares: