Region Liqasınının növbəti mövsümündə iştirak edəcək komandalar sırasına yeni ad əlavə olunub.Yevlax rayonunun Aşağı Qarxun kəndinin təmsilçisi ilk dəfə bu çempionatda mübarizə aparmaq üçün AFFA-da qeydiyyatdan keçib.

Qeyd edək ki, ötən il komanda region liqasında iştirak etmək istəyində olsa da, stadion problemi qarxunluların arzususunu ürəyində qoymuşdu. Artıq komanda bu ildən ev oyunlarını Yevlax şəhər stadionunun ehtiyat meydaçasında keçirə biləcək.

Xatırladaq ki, “Qarxun” Yevlaxın ikinci təmsilçisidir. Rayonun əsas komandası olan “Karvan” I Liqada mübarizə aparır.

ec403809 b549 4486 86f3 0252f713ae4a - Futbolinfo.az
Shares: