Misli Premyer Liqasında 7-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutacaq.

“Sabah” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. Günün digər matçı “Səbail”lə “Araz-Naxçıvan” arasında keçiriləcək.

Daha öncə “Sumqayıt” – “Turan Tovuz” (0:0) və “Zirə” – “Neftçi” oyunlarında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.

Misli Premyer Liqası
7-ci tur

24 sentyabr

“Sabah” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Zeynal Zeynalov, Rahil Ramazanov, Cavid Cəlilov.
“Bank Respublika Arena”, 17:00.

“Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
Bakı. “ASCO Arena”, 19:30.

Shares: