Formula 1 üzrə dünya çempionatının Yaponiya qran-prisi geridə qalıb. Şənbə günü baş tutan sıralama çox şeyi həll edib. Ən yaxşı nəticə göstərən Maks Ferstappen yarışda da qalib gəlməyi bacarıb.

Onun arxasında isə müəyyən yerdəyişmələr baş verib. “Maklaren” komandasının daha təcrübəli pilotu Lando Norris startda Oskar Piastrini keçməyə nail olub. Yarışın sonuna qədər ciddi maraqlı hadisə baş verməyib. 5 pilotun mübarizəni başa vura bilmədiyi yarış “Red Bull”un mühəndislər kubokunda çempionluğu rəsmiləşdirməsi ilə nəticələnib. Avstriya komandası tarixində 6-cı dəfə çempionatın ən güclüsü olub. Gələn yarışda isə komandanın pilotu Maks Ferstappen 3-cü titulunu təmin edə bilər.

Oskar Piastri üçün qazanılan 3-cü yer ilk podium olub. Bu nailiyyətdən sonra o, ümumi sıralamada 9-cu yerə yüksəlib. 2-ci yerdə Serxio Peres, 3-də isə Lüis Həmilton qərarlaşıb.

Xatırladaq ki, çempionatın növbəti mərhələsi iki həftə sonra Qətərdə baş tutacaq.

Shares: