Las-Veqasda keçirilən “UFC Fight Night 228” tədbirinin əsas döyüşündə yüngül çəkidə Rafael Fiziyevlə Mateus Qamrot qarşılaşıb.

Döyüşün müqəddəratı ikinci raundda Fiziyevin ayağından zədə alması ilə həll edilib. Mübarizəni davam etdirə bilməyən azərbaycanlı idmançı texniki nokautla məğlub olub.

Xatırladaq ki, bu ilin mart ayında Fiziyev Castin Qatyeyə hakimlərin qərarı ilə məğlub olmuşdu. Qamrot isə Jalin Törnerə qalib gəlməyi bacarmışdı.

Shares: