Ukrayna Premyer Liqasında 8-ci turun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin yeni komandası – “Polesye” də növbəti matçına çıxıb.

Sözügedən komanda “Minay”ı qəbul edib və 2:1 hesabıyla qalib gəlib.

Emil də bu görüşün iştirakçısı olub. O, 62-ci dəqiqədə meydana çıxıb, 81-ci dəqiqədə sarı vərəqə alıb, 83-cü dəqiqədə isə komandasının qələbə qoluna imza atıb.

8 turdan sonra “Polesye” 15 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Shares: