Efiopiyalı Tigist Assefa Berlin marafonunun qalibi olub. O, qələbəni rekord göstərici ilə əldə edib.

Assefa məsafəni 2 saat 11,53 saniyəyə qət edib. Bu da onun həmyerlisi Bricit Kosgeyin Çikaqo marafonunda göstərdiyi nəticədən 2 dəqiqə yaxşıdır.

2022-ci ildə də Assefa Berlin marafonunda birinci olmuşdu. Keçən illə müqayisədə atlet öz nəticəsini 18 dəqiqə yaxşılaşdırıb. Builki marafonda ikinci yeri yerli idmançı Kristina Begeman tutub. 3-cü yerə isə keniyalı Şeyla Çepkirui sahib çıxıb.

Kişilərin yarışında qalib keniyalı Eliud Kipçoge olub. Onun göstəricisi 2:02.42 təşkil edib. İkinci yeri Kipçogenin komanda yoldaşı Vinsent Kipkemoi tutub. Efiopiyalı Tadese Takele isə 3-cü nəticə göstərib.

Shares: