Milli Basketbol Assosasiyasının əfsanəsi və bütün zamanların ən güclülərindən biri olan Lebron Ceyms gündəlik həyatı ilə bağlı bir neçə məqama toxunub. “Los-Anceles Leykers” komandasının lideri oynamadığı vaxtlarda hansı ayaqqabılardan istifadə etdiyii açıqlayıb.

Ulduz basketbolçunun ən çox sevdiyi və rahat saydığı “Nike” firmasının “Vomero 5” modelidir. Finallarda 4 dəfə MVP seçilən ulduz basketbolçu bunu öz sosial şəbəkə hesabında qeyd edib. Bundan başqa o , modellərin şəkillərini də yerləşdirib.

“Gəzinti üçün mənim sevimli ayaqqabılarım bunlardır. Ailəmizin əsas modelidir”, – deyə Ceyms yazıb.

ef6c4ce0 f7cc 494a abb0 0f3d4579cba6 - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp