“İnter Mayami” daha br ulduzu heyətinə qatmaq istəyir. MLS təmsilçisi indi gözünü “Real”a dikib.

Futbolinfo.az xəbər verir ki, bu il Lionel Messi, Serxio Busqets və Xordi Alba kimi ulduzları heyətinə qatan mayamililər indi də Luka Modriçlə anlaşmaq istəyir. 2024-cü il onların əsas transfer hədəfi məhz xorvat yarımmüdafiəçi olacaq.

“Real”la mövsümün sonunda müqaviləsi başa çatacaq Modriç də getməyi düşünür. O, cari çempionatda kifayət qədər oynamamasından narazıdır və madridlilərlə anlaşmasının müddətini uzatmayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp