Olivye Jiru “Milan”dan ayrılacaq. Fransa millisinin üzvü mövsüm bitən kimi klubunu dəyişməyi düşünür.
Futbolinfo.az xəbər verir ki, 36 yaşlı hücumçu qərarını verib. O, gələn yay bitən anlaşmasını yeniləməyəcək. Jiru MLS-ə getməyi və daha bir neçə mövsüm oynamağı planlaşdırır. Bundan xəbərdar olan “Milan” rəhbərliyi də yayda müqavilə bağlayacağı gənc hücumçu namizədini axtarmağa başlayıb.
Jiru 2021-ci ildə İngiltərədən İtaliya klubuna gəlib. Daha çox Fransa klublarında oynamış forvard 2012-18-ci illərdə “Arsenal”da, ardınca 3 il “Çelsi”də çıxış edib.