İngiltərə Premyer Liqası 6-cı turunun matçında “Nyukasl” səfərdə “Şeffild Yunayted”i 8:0 hesabı ilə məğlub edib. Bu nəticənin qeyri-adiliyi qol müəllifləri ilə bağlıdır.

Futbolinfo.az xəbər verir ki, “sağsağanlar”ın heyətində Şon Lonqstaff, Den Bern, Sven Botman, Kallum Uilson, Entoni Qordon, Migel Almiron, Bruno Gimaraynş, Aleksander İsak rəqib qapısının torunu slkələyib. “Nyukasl” cari mövsümün ən böyükhesablı qələbəsini qazanan, eyni zamanda 2022/23 mövsümünün rəqibinə 8 qol vuran ilk komandası olub.

Bundan əlavə, qolların hamısı fərqli oyunçular tərəfindən vurulub. Bu isə Premyer Liqa tarixində ilkdir. Belə ki, indiyədək bir matçda eyni komandadan 8 fərqli oyunçunun qol vurduğu qarşılaşma olmamışdı.

Shares: