“Dallas Maveriks” komandasının baş məşqçisi Rik Karlayl MBA-nın ilk dəfə keçiriləcək mövsümlərarası turniri ilə bağlı fikirlərini bildirib.

“Bu, başqa bir kubokdur. Futbol üzrə İngiltərə Premyer Liqası uzun illərdir ki, bunu müvəffəqiyyətlə icra edir. Düşünürəm ki, ideya çox gözəldir. Əminəm ki, birinci il qazanılacaq təcrübə sayəsində sonrakı yarışlar tam effektini verəcək”, – deyə Karlayl “Sports Illustrated”ə müsahibəsində qeyd edib.

Xatırladaq ki, qrup mərhələsinin bütün oyunları noyabrda baş tutacaq. Həmin ayın dörd cümə (3, 10, 17 və 24 noyabr) və üç çərşənbə axşamı (14, 21 və 28 noyabr) günlərində turnirin oyunları keçiriləcək.

Hər birində 5 olmaqla 6 qrupa bölünən komandalar qısa müddət ərzində qalibi müəyyənləşdirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp