Yayda daha çox gənc futbolçuların transferlərinə diqqət ayıran “Nyukasl” qışda vəziyyəti dəyişəcək. İngiltərə Premyer Liqasının startında bunun əziyyətini çəkən “sağsağanlar” indi yarımmüdafiə xəttinə təcrübəli oyunçular cəlb etməyə çalışır.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun əsas hədəfi Adrien Rabiodur. “Yuventus”la müqaviləsi gələn yay başa çatacaq futbolçu üçün yanvarda rəsmi təklif göndəriləcək. Turinlilərin futbolçunu azad agent kimi buraxmaması üçün qışda satışa razılıq verməsi gözlənilir.

Fransa yığmasının üzvü də İngiltərədə oynamağa can atır. 2019-cu ildən “Yuventus”da çıxış edən yarımmüdafiəçi onadək Fransa klublarında olub. Yeni macəra axtaran Adrien bu üzdən PSJ-nin təklifini geri çevirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp