“Arsenal” yeni transfer dövrü üçün çalışmalara başlayıb. Londonlular qışda, ən geci yayda Usman Diomandeni heyətinə qatmaq istəyir.

Futbolinfo.az xəbər verir ki, “topçular” “Sportinq”in 29 yaşlı müdafiəçisi üçün 35 milyon avro xərcləməyə razıdır. Amma lissabonlular böyük gələcək vəd edən oyunçu üçün 80 milyon avro tələb edir. Arada böyük fərq olduğu üçün anlaşma çətin görünür. Bununla belə, oyunçunun öz istəyi, bonuslar variantı və növbəti transferdən “Sportinq”ə pay ayırmaq kimi seçimlər var. “Arsenal” danışıqarı dayandırmayacaq.

Kot d ivuarlı Diomande “Midtülland”da yetişib. Ötən mövsüm 6 ay Portuqaliya “Mafra”sında icarədə göstərdiyi oyun “Sportinq”in ona müştəri düşməsi üçün kifayət edib. Futbolçu üçün danimarkalılara 7,5 milyon avro ödəyən lissabonlular 2027-ci ilin yayınadək müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp