“Real”ın azarkeşləri xoş xəbər eşidiblər. İspaniya mətbuatı komanda lazaretinin kifayət qədər boşaldığını bildirib.

Futbolinfo.az xəbər verir ki, madridlilərin son məşqində Arda Gülər və Vinisius Junior digər oyunçularla birlikdə çalışıblar. Bu isə onların tam sağalması deməkdir.

Türkiyəli futbolçu klubun ABŞ turnesi zamanı zədələnmişdi. Heç kimin gözləmədiyi halda “Real”ın transfer etdiyi yarımmüdafiəçi özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Bir çoxları onun gənc olmasına baxmayaraq özünəinamını xüsusi qeyd edirdi. Lakin zədə futbolçunun rəsmi oyunlarda debütünün qarşısını almışdı. Dekabra qədər müalicə olunacağı söylənilsə də, futbolçu artıq tam sağalıb. Onun qarşıdakı oyunlarda meydana çıxacağı gözlənilir.

Vinisiusun zədəsi də artıq geridə qalıb. Braziliyalı futbolçu həftə ortası oyunda olmasa da, növbəti qarşılaşmaya qədər tam hazır olacaq. Xatırladaq ki, Vinisius 3 həftə əvvəl dizaltı qığırdağından zədə almışdı.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp